Tez-tez verilən
suallar.
Ən çox verilən suallara qısa cavablar.
Ümumi
Rəqəmsal dəvətnamə nədir?
Kağız dəvətnamənin telefonda açılan versiyasıdır: ad, tarix, məkan, proqram və xəritə bir səhifədə olur. Qonağa link göndərirsiniz, o da dəvətnaməni açıb cavabını elə oradan bildirir.
Göndərdikdən sonra dəvətnaməni dəyişə bilərəm?
Bəli. Məkanı, saatı və ya mətni paneldən dəyişdiyiniz anda link eyni qalır, qonaqlar yenilənmiş versiyanı görür. Yenidən göndərməyə ehtiyac yoxdur.
Dəvətnamə hansı cihazlarda açılır?
İstənilən telefonda, planşetdə və kompüterdə brauzerdə açılır. Şablonlar ilk növbədə telefon ekranı üçün hazırlanıb.
Dəvətnamə hansı dildədir?
Şablonlar Azərbaycan dilində hazırlanıb və bütün hərflər, o cümlədən ə, ğ, ı, ö, ş, ç, ü düzgün göstərilir. Mətnləri özünüz istədiyiniz kimi yaza bilərsiniz.
Qiymət və ödəniş
Pulsuz istifadə etmək olar?
Bəli. Pulsuz paketlə pulsuz şablonlardan birini seçib 30 qonağa qədər dəvət edə bilərsiniz. Daha çox qonaq, əlavə şablonlar və youme nişanının gizlədilməsi üçün Standart (39 AZN) və ya Premium (99 AZN) paketini seçin.
Ödənişi necə edirəm?
Paneldə paketi seçirsiniz və göstərilən bank rekvizitlərinə köçürmə edirsiniz. Köçürmə yoxlanılandan sonra paket tədbirinizdə aktivləşir.
Paket bir tədbir üçündür, yoxsa hesab üçün?
Paket bir tədbirə aiddir. Toy və nişan üçün ayrı dəvətnamə hazırlayırsınızsa, hər biri üçün paketi ayrıca seçirsiniz.
Qonaqlar və cavablar
Qonaqlar qeydiyyatdan keçməlidir?
Xeyr. Qonaq linki açır, dəvətnaməni görür və bir neçə toxunuşla cavab verir. Heç bir hesab, tətbiq və ya şifrə tələb olunmur.
Kimin gələcəyini necə görəcəm?
Hər cavab panelinizə düşür: kim gəlir, kim gələ bilmir, kim tərəddüd edir və neçə nəfərlə gəlir. Qonaq siyahısını özünüz də əlavə edə və ya CSV faylından yükləyə bilərsiniz.
Dəvətnaməni necə göndərim?
Ümumi linki WhatsApp-a və ya istənilən mesajlaşma tətbiqinə yapışdırın. Qonaq siyahısı varsa, hər qonaq üçün adına müraciətli şəxsi link və hazır mesaj mətni yaranır. Qapıda və ya çap materiallarında istifadə üçün QR kodu da yükləyə bilərsiniz.
Qonaq limiti dolsa nə olur?
Pulsuz paketdə 30, Standartda 300 qonaq limiti var, Premiumda limit yoxdur. Limit dolanda panel bunu bildirir və paketi yüksəltməyi təklif edir. Artıq gəlmiş cavablar itmir.
Qonaq tarixi unutmasın deyə nə etmək olar?
Cavab verən qonaq tədbiri bir toxunuşla telefonunun təqviminə əlavə edə bilər. Dəvətnamədəki geri sayım da günü yada salır.
Sualınızın cavabını tapmadınız?
Bizə yazın, mesajınız birbaşa komandamıza çatır.