Bir dəvət hazırlamaq
bu qədər sadədir.
Şablonu seçin, məlumatlarınızı yazın və linki qonaqlarınızla paylaşın. Cavablar panelinizdə toplanır.
Dəvətnamə yaratHər hekayənin öz rəngi var.
Toy, nişan, ad günü və ya başqa bir özəl gün. Şablonlara baxın, sizə ən yaxın olanı seçin.
Şablonları və dəvətnamənin görünüşünü ödəniş etmədən kəşf edə bilərsiniz.
Şablonlara baxınÜslubunuzu kəşf edin. Bu, seçim nümunəsidir.
- Gəlir
- 42
- Cavab gözlənilir
- 8
- Gəlmir
- 3
- Leyla N.2 nəfərGəlir
- Elvin M.1 nəfərGəlir
- Nərmin Ə.3 nəfərCavab gözlənilir
- Rauf H.1 nəfərGəlmir
Bu rəqəmlər və adlar yalnız nümayiş üçündür.
Kim gəlir?
Bir baxışda bilin.
Qonaq linki açır və bir neçə toxunuşla iştirak edib-etməyəcəyini bildirir: gəlir, gəlmir və ya hələ qərar verməyib. Cavablar panelinizdə toplanır, kimin neçə nəfərlə gələcəyini bir siyahıda görürsünüz.
Panelinizə keçinÖnizləmədə sərbəstsiniz. Şablonu seçmək, doldurmaq və baxmaq pulsuzdur. Ödəniş yalnız dəvətnaməni yayımlayanda edilir.
Rəqəmsal dəvətnamə nədir?
Kağız dəvətnamənin telefonda açılan versiyasıdır: ad, tarix, məkan, proqram və xəritə bir səhifədə olur. Qonağa link göndərirsiniz, o da dəvətnaməni açıb cavabını elə oradan bildirir.
Qonaqlar qeydiyyatdan keçməlidir?
Xeyr. Qonaq linki açır, dəvətnaməni görür və bir neçə toxunuşla cavab verir. Heç bir hesab, tətbiq və ya şifrə tələb olunmur.
Göndərdikdən sonra dəvətnaməni dəyişə bilərəm?
Bəli. Məkanı, saatı və ya mətni paneldən dəyişdiyiniz anda link eyni qalır, qonaqlar yenilənmiş versiyanı görür. Yenidən göndərməyə ehtiyac yoxdur.
Kimin gələcəyini necə görəcəm?
Hər cavab panelinizə düşür: kim gəlir, kim gələ bilmir, kim tərəddüd edir və neçə nəfərlə gəlir. Qonaq siyahısını özünüz də əlavə edə və ya CSV faylından yükləyə bilərsiniz.
Dəvətnaməni necə göndərim?
Ümumi linki WhatsApp-a və ya istənilən mesajlaşma tətbiqinə yapışdırın. Qonaq siyahısı varsa, hər qonaq üçün adına müraciətli şəxsi link və hazır mesaj mətni yaranır. Qapıda və ya çap materiallarında istifadə üçün QR kodu da yükləyə bilərsiniz.
Daha çox sual və cavab tez-tez verilən suallar səhifəsindədir.