Haqqımızda
youme toy, nişan və xına mərasimləri üçün cütlükləri qonaqları ilə birləşdirən rəqəmsal dəvətnamə platformasıdır.
Missiyamız
Dəvətnamə hazırlamaq tədbirin ən sevincli hissəsi olmalıdır, yorucu iş yox. Məqsədimiz ailələrə səliqəli dəvətnamə hazırlamaq, onu bütün qonaqlara bir linklə çatdırmaq və cavabları bir yerdə görmək imkanı verməkdir.
Dəvətnamə yalnız gözəl görünmək üçün deyil, aydın ünsiyyət üçün hazırlanır. Tarix, məkan və iştirak cavabı görünüş qədər önəmlidir: həm göndərəni, həm də alanı düşünürük.
Niyə yerli
Bizim məclislər başqadır. Toydan əvvəl xına gecəsi, elçilikdən sonra söz kəsmə, sonra nişan və toy gəlir. Qonaq siyahısı böyük olur, ailənin yaşlı üzvləri də dəvətnaməni açıb cavab verməlidir. Hazır beynəlxalq xidmətlər çox vaxt bu reallığa uyğun gəlmir.
Ona görə şablonlar Azərbaycan dilində hazırlanıb və ə, ğ, ı, ö, ş, ç, ü hərfləri hər yerdə düzgün göstərilir. Qiymətlər manatladır, ödəniş isə bank köçürməsi ilə edilir. Toy, nişan və ad günü şablonları yerli məclis mədəniyyətinə baxılaraq hazırlanır.
Necə işləyirik
Məhsulu sadə saxlamağa çalışırıq: qonaq qeydiyyatdan keçmir, tətbiq yükləmir, link açıb cavab verir. Qiymətlərimiz açıqdır və paket bir tədbir üçündür, abunə yoxdur. Sualınız və ya təklifiniz varsa, bizə birbaşa yaza bilərsiniz.
Sualınız və ya təklifiniz var?
Bizə birbaşa yaza bilərsiniz.